Hook
Mənə dedilər ki, biz ora valideynsiz girməyək. Bizə dedilər ki, valideynini çağıracaqlar. Sonra qayıtdılar. Biz bir 45 dəqiqə gözlədik. Beş dəqiqəlik fasilədə gözlədik ki, bizim valideynimiz gəlsin. Bizim valideynimiz gəlmədi. Bir telefon zəngi 45 dəqiqə çəkmir. Bundan sonra da mən getdim, tənəffüsə çıxmaq istədim. Mənə tənəffüsə də buraxmadılar. Məni uşaqların gözünə göstərmədilər, məni gizlədirdilər. Bundan sonra da mən çıxdım, müəllimlərə zəng istədim müəllimlərə deyim ki, mənim telefonumu verin, anamla əlaqə saxlayım. Mənim anam elə bilir ki, mən gedib orda təhsil alıram. Amma məni bir otağa salıb, bir daxma kimi bir yerə salıb məni gizlədirdilər uşaqlardan. Bundan sonra da mənim anam gəldi. Anamı çağırdılar. İçəridə anama nə sözlər dedilərsə, bilinmir. Anam göz yaşı ilə çıxdı. Yəni bu heç biri hicablıya, dininə əl çəkmək, necə bu imanı çəkə bilərəm? Necə yubkası bizdən yuxarıda olan qızlar orda gedib təhsil alırlar? Gördülər, bayaqları gördünüz də nə dedilər. İndi gözünüzün qabağında dedilər ki, onlar bizim qızımızdır. Yəni bunun mənim hicabımla nə dəxli var?
More breakout videos from this creator.